Azərbaycanla Özbəkistanın birgə istehsalı olan filmin premyerası oldu - FOTO

Azərbaycanla Özbəkistanın birgə istehsalı olan filmin premyerası oldu - FOTO

Hazırda oxunan: Azərbaycanla Özbəkistanın birgə istehsalı olan filmin premyerası oldu - FOTO

584333

Dekabrın 7-də Nizami Kino Mərkəzində Türk Animasiya Assosiasiyasının (ATA) təşkil etdiyi ATA Festivalı çərçivəsində “Yer və Ay” filminin premyerası keçirilib.

Azərbaycan Animasiya Assosiasiyasının mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, bu film Özbəkistan və Azərbaycanın ilk beynəlxalq birgə istehsalıdır.

“Yer və Ay” filmi Özbəkistanın “DIP Animation” və Azərbaycanın “PERİ FİLM” studiyaları tərəfindən hazırlanıb.

Layihə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA), “DIP Animation” və “ANİMAFİLM Studio”nun maliyyə və texniki dəstəyi ilə istehsal edilib. Filmin süjet xəttində Yer və Ay əbədiyyət oyunu oynayan iki dost kimi təsvir olunub. Lakin bəşəriyyətin yaranması bu oyunu onların arasında həyat uğrunda mübarizəyə çevirir.
 

Premyeradan sonra filmin yaradıcı heyəti - rejissor və prodüser Pavel Kim (Özbəkistan), prodüser Rəşid Ağamalıyev, montajçı Emil Şiran, animator Mehriban Əliyeva və redaktor Gülşən Hüseynova tamaşaçıların suallarını cavablandırıblar.


Onlar filmin hazırlanma prosesi, ideyası və texniki həlləri barədə ətraflı məlumat veriblər.

Müzakirədə, həmçinin ATA-nın sədri və ATA Festivalının direktoru Oqtay Yusibov, eləcə də aktyor Qurban Məsimov iştirak ediblər.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO