Bakıda türkdilli ölkələrin animasiya filmləri nümayiş olundu - FOTO

Bakıda türkdilli ölkələrin animasiya filmləri nümayiş olundu - FOTO

Hazırda oxunan: Bakıda türkdilli ölkələrin animasiya filmləri nümayiş olundu - FOTO

584298

Nizami Kino Mərkəzində Türk Animasiya Assosiasiyasının (ATA) təşkil etdiyi ATA Festivalı çərçivəsində bir sıra türkdilli ölkələrin animasiya filmləri nümayiş olunub.

Bizim.Media xəbər verir ki, tədbirdə tamaşaçılar “Sona”, “Tomato Doppi”, “Shanyraq”, “Kozular”, “Bıytıktar”, “Aqlli Qızalog” və “Bum-bum” animasiya filmlərinə baxıblar.
 

Nümayişdən sonra “Sona” filminin rejissoru Kövsər Qurban, “Tomato Doppi” serialının rejissoru Pavel Kim, “Aqlli Qızalog” filminin rejissoru Azizbek Muhamedov, eləcə də “Bum-bum” filminin rejissoru Rəşid Ağamalıyev və yaradıcı heyət nümayəndələri ilə müzakirə keçirilib.


“Bum-bum” animasiya filminin təqdimatında redaktor Gülşən Hüseynova, aparıcı animator Mehriban Əliyeva, animator Emil Şiran, personaj rəssamı Türkan Əliyeva, məsləhətçi Matthew Lyon, səs rejissoru Nadir Mahmudov, aktyorlar Sərxan Nəciyev və Kəmalə İsrafilova, animatorlar Jalə Hacıyeva, Kamilla Şabanbəyli, Billurə Ələkbərli və Zərifə Səlimova iştirak ediblər.

Bu film Azərbaycan Animasiya Assosiasiyası tərəfindən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, həmçinin ANİMAFİLM Studiyasının məkan və texniki yardımı ilə istehsal olunub.
 

“Bum-bum” qısametrajlı animasiya filminin yaradıcı heyəti rejissor və ssenari müəllifləri Nəzrin Ağamalıyeva və Rəşid Ağamalıyev, məsləhətçilər Elçin Hami Axundov və Matthew Lyon, aparıcı animator Mehriban Əliyeva, kompozitinq rəssamı Emil Şiran, bəstəkar Azər Hacıəsgərli, səs rejissoru Nadir Mahmudov, səs aktyorları Sərxan Nəciyev, Kəmalə İsrafilova və Elşən Əsgərov, redaktorlar Gülşən Hüseynova və Elşən Cəbrailzadə, personaj rəssamları Türkan Əliyeva və Kübra Binnətova, qrafik dizayner Rəsul Həsəndən ibarətdir.


Filmin istehsalında Azərbaycan Animasiya Assosiasiyasının üzvü olan “Dynamic Box Studio” şirkəti də iştirak edib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO