Xəbər verdiyimiz kimi, əfsanəvi tenor Plasido Dominqo Hedər Əliyev Mərkəzində konsert verib.
Bizim.Media xəbər verir ki, konserti bir sıra rəsmilər də izləyib.
Onların sırasında Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, baş prokuror Kamran Əliyev, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini general-polkovnik Mədət Quliyev olub.
Qeyd edək ki, gecədə C.Puççi, C.Verdi, P.Maskani kimi dünya klassiklərinin bəstələri səslənib. Həmçinin Dominqonun tamaşaçılara sürprizi olub.
Belə ki, əfsanəvi müğənni və gecənin digər ifaçıları “Küçələrə su səpmişəm” xalq mahnısını birlikdə ifa ediblər.



Bizim.Media





























































































