Leyla Əliyeva Heydər Əliyev Mərkəzində keçirilən konsertdə - FOTO

Leyla Əliyeva Heydər Əliyev Mərkəzində keçirilən konsertdə - FOTO

Hazırda oxunan: Leyla Əliyeva Heydər Əliyev Mərkəzində keçirilən konsertdə - FOTO

580695

Əfsanəvi tenor Plasido Dominqo noyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində çıxış edib.

Bizim.Media xəbər verir ki, konsertdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Konsertdə Plasido Dominqo (Placido Domingo) ilə yanaşı, onun oğlu Plasido Dominqo Jr. (Placido Domingo Jr), Xalq artisti Yusif Eyvazov, Əməkdar artist Afaq Abbasova və isveçrəli opera ifaçısı Daria Rıbak (Daria Rybak) çıxış ediblər.
 

Səhnədə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrini tanınmış italiyalı dirijor Françesko İvan Çampa (Francesco Ivan Ciampa) idarə edib. Gecədə C.Puççini, C.Verdi, P.Maskani kimi dünya klassiklərinin bəstələri səslənib.


Plasido Dominqonun Azərbaycan tamaşaçılarına bu dəfə də sürprizi olub. Əfsanəvi müğənni Dominqo və gecənin digər ifaçıları “Küçələrə su səpmişəm” xalq mahnısını birlikdə ifa ediblər.

Plasido Dominqo ilk dəfə deyil ki, Azərbaycan bəstəkarlarına müraciət edir.

Xatırladaq ki, dahi müğənni 2010-cu ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısını ifa etmişdi.





























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO