Faiq Səfərovun yeni kitabı işıq üzü görüb - "Ədalətin təntənəsi"

Faiq Səfərovun yeni kitabı işıq üzü görüb - "Ədalətin təntənəsi"

Hazırda oxunan: Faiq Səfərovun yeni kitabı işıq üzü görüb - "Ədalətin təntənəsi"

579473

Müharibə veteranı, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri, Prokurorluğun fəxri işçisi Faiq Səfərovun Tarixi Zəfərimizin 5 illiyi münasibəti ilə "Ədalətin təntənəsi" adlı kitabı işıq üzü görüb.

Bizim.Media xəbər verir ki, kitabda cəmiyyətin inkişafının müxtəlif mərhələlərində yaşayaraq fəaliyyət göstərmiş filosoflar, hüquqşünaslar, sosioloqlar və müxtəlif sahələrdə fəaliyyət göstərən elm, incəsənət xadimləri, o cümlədən dinşünas alimlər, həmçinin dövlət xadimlərinin fikirlərinə əsaslanmaqla “ədalət” anlayışına müxtəlif aspektlərdən yanaşılaraq, onun mahiyyəti, forma və məzmunu, dövlətin və cəmiyyətin, habelə ayrı-ayrı şəxslərin həyatında rolu danılmaz faktlarla geniş ictimaiyyətə çatdırılır. Azərbaycanın Vətən müharibəsindəki möhtəşəm qələbəsi haqq-ədalətin təsdiqi kimi diqqətə çatdırılır.

Kitabdan hüquq təhsili verən ali məktəb tələbələri,magistrları, aspirantlar, doktorantlar, hüquq-mühafizə orqanlarının əməkdaşları, habelə geniş ictimaiyyət nümayəndələri faydalana biləcəklər.

"Kitabı ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş Vətən oğullarının, o cümlədən Bizim Taborun (“Naxçıvanbatalyonu”) Şəhidlərinin əziz xatirəsinə ithaf edirəm",- deyə Faiq Səfərov vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO