Bakı bulvarında Türkmənistan Milli Pavilyonunun açılışı oldu - FOTO

Bakı bulvarında Türkmənistan Milli Pavilyonunun açılışı oldu - FOTO

Hazırda oxunan: Bakı bulvarında Türkmənistan Milli Pavilyonunun açılışı oldu - FOTO

575290

Türkmənistan Mədəniyyəti Günləri çərçivəsində oktyabrın 14-də Dənizkənarı Bulvarda Türkmənistan Milli Pavilyonunun açılışı olub.

Bizim.Media xəbər verir ki, tədbirdə Azərbaycan və Türkmənistanın mədəniyyət nazirliklərinin müavinləri, diplomatik korpusun nümayəndələri, Milli Məclisin deputatları və digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları pavilyonu ziyarət edərək Türkmənistanın milli yeməklərindən dadıb, zəngin kulinariya ənənələri ilə yaxından tanış olublar.
 

Daha sonra konsert proqramı təqdim olunub. Konsertdə həm Türkmənistan, həm də Azərbaycan incəsənət ustalarının ifaları dinlənilib.


Qeyd edək ki, Türkmənistan Mədəniyyət Günləri oktyabrın 15-dək davam edəcək.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO