Poeziyanı səsi ilə yaşadan Əminə Yusifqızının vida mərasiminə şairlər niyə gəlmədilər?

Poeziyanı səsi ilə yaşadan Əminə Yusifqızının vida mərasiminə şairlər niyə gəlmədilər?

Hazırda oxunan: Poeziyanı səsi ilə yaşadan Əminə Yusifqızının vida mərasiminə şairlər niyə gəlmədilər?

574592

“O şeir deyə-deyə dünyasını dəyişdi...”

Xalq artisti, bədii qiraət ustası Əminə Yusifqızının vəfatından sonra ardınca deyilən ən dərin və dəqiq ifadə bu oldu. Azərbaycan tamaşaçısı Əminə Yusifqızı deyəndə onun məxməri səsində eşitdiyi, bu səs vasitəsilə gözünün önündə canlandırdığı şeirlər gəlir. O, həqiqətən də milli poeziyamızın səsi idi. Neçə-neçə klassik, müasir şairlərimizin şeirlərini məhz Əminə Yusifqızı sayəsində tanımışıq, sevmişik.
 

MÖVZU İLƏ BAĞLI:

Məşhurlar Əminə Yusifqızının VİDA mərasimində - FOTOREPORTAJ


Bəs poeziyanı səsi ilə yaşadan bu dəyərli xanımın vida mərasimində şair və yazıçılar niyə yox idilər?

Bu şairlər arasında çoxu dünyasını dəyişib, amma varisləri – ailə üzvləri yaşayır, ən azından təşəkkür əlaməti kimi qatıla bilərdilər. Yaxud qatılmışdılarsa da, söz alıb bir neçə kəlməlik nitq demək olardı. Amma təəssüf ki, mədəniyyət, incəsənət xadimləri, bu sahənin rəsmi qurumları vəfa borcunu yerinə yetirərkən, vida mərasimində tanınmış şairlərdən kimsə gözə dəymədi...

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO