Mədəniyyət Nazirliyi yeni idarəçilik sisteminə keçir

Mədəniyyət Nazirliyi yeni idarəçilik sisteminə keçir

Hazırda oxunan: Mədəniyyət Nazirliyi yeni idarəçilik sisteminə keçir

55326

"Mədəniyyət Nazirliyi yeni idarəçilik sisteminə keçir".

Bizim.Media xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, nazirlik layihəyönümlü mərhələyə keçid edir:
 

"Bunun məqsədi ilk növbədə idarəçiliyin təkmilləşdirilməsi və gücləndirilməsidir. İstəyirik ki, nazirliyin strategiyası və baxışının həyata keçirilməsi effektiv olsun.


İstəyirik ki, nazirlik və nazirliyin tabeliyindəki qurumlar Azərbaycanın tarixindən, ədəbi və bədii irsindən gələn dəyərləri yaşadaraq gələcək nəsillərə ötürsünlər. Bununla da azərbaycançılığın davamlılığını təmin etsinlər. Mədəniyyət Nazirliyi tarixində ilk dəfə belə bir yanaşmanın tətbiqinə başlanılıb. Artıq bütün fəaliyyətimizi layihə idarəçiliyi vasitəsi ilə həyata keçirəcəyik".

Mədəniyyət nazirinin birinci müavini vurğulaylb ki, bu yanaşma eyni zamanda nazirlik çərçivəsində koordinasiyanı gücləndirir:

"Yəni şöbələrin birbirilə əlaqələrini, məlumat paylaşımını genişləndirir. Digər tərəfdən bu, kadr potensialının gücləndirilməsi üçün vacib mərhələdir. Əməkdaşlar artıq layihə alətləri ilə işləyirlər və layihə meneceri kimi təkiminləşəcəklər. Bu da təbii ki strategiyamızın əsas məqsədlərindən olan insan kapitalı baxımından vacib addımdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO