Azərbaycanlı məşhur rejissor Niderlandda vəfat etdi - FOTO

Azərbaycanlı məşhur rejissor Niderlandda vəfat etdi - FOTO

Hazırda oxunan: Azərbaycanlı məşhur rejissor Niderlandda vəfat etdi - FOTO

55318

Azərbaycanlı kinorejissoru Ramiz Əliyev (Ramiz Hindarxlı) Niderlandda vəfat edib.

Bizim.Media “Report”a istinadən xəbər verir ki, kinorejissor 84 yaşında uzun sürən xəstəlikdən sonra Niderlandin Dodrext şəhər xəstəxanasında vəfat edib.

Ramiz Əliyev 15 mart 1938-ci ildə Ağcabədi rayonu Hindarx qəsəbəsində anadan olub.

1956-cı ildə “Azərbaycanfilm”də fəaliyyətə başlayan Ramiz Əliyev müxtəlif illərdə rejissor assistenti, ikinci rejissor və rejissor kimi Azərbaycan kinosuna töhfələr verib.

O rejissor kimi “Bəyin oğurlanması”, “Dəli Kür”, “Həm ziyarət, həm ticarət...”, “İnsan məskən salır”, “İstintaq”, “Qayınana”, “Qızmar günəş altında”, “Möcüzələr adası”, “O olmasın, bu olsun”, “Otel otağı”, “Ölsəm... bağışla”, “Şir evdən getdi”, “Yenilməz batalyon” və digər 40-a qədər film üzərində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO