Bu gün Qətərin paytaxtı Doha şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisinin açılışı olub.
Bizim.Media xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təmsil olunduğu sərgidə Azərbaycana dair ekspozisiya qurulub.
Ekspozisiyada Prezident İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi ilə bağlı Sərəncamına müvafiq olaraq nəşr olunmuş dahi şairin “Xəmsə”si, professor Y.Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabının ingilis və ərəb dillərindəki nəşrləri, Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən ərəb dilində nəşr olunmuş kitablar və ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, eləcə də 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığına və şücaətinə həsr olunmuş kitablar nümayiş olunur.
10 gün davam edəcək sərginin açılışında Qətərin mədəniyyət naziri və digər rəsmi şəxslər iştirak ediblər.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
04:21 / 14.01.2022
Azərbaycan beynəlxalq kitab sərgisinə qatıldı - FOTO
Hazırda oxunan: Azərbaycan beynəlxalq kitab sərgisinə qatıldı - FOTO
Hazırda oxunan: Azərbaycan beynəlxalq kitab sərgisinə qatıldı - FOTO
55278
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.