Qaxda yaşayan gürcülərin Yeni il ADƏTLƏRİ: Xüsusi yeməklər, çaxır qabı və... - FOTO

Qaxda yaşayan gürcülərin Yeni il ADƏTLƏRİ: Xüsusi yeməklər, çaxır qabı və... - FOTO

Hazırda oxunan: Qaxda yaşayan gürcülərin Yeni il ADƏTLƏRİ: Xüsusi yeməklər, çaxır qabı və... - FOTO

53370

Tolerant Azərbaycanın Qax rayonunda yaşayan gürcülərin çox maraqlı yeni il adətləri var.

Bu barədə rayonun Qaratala kəndində yaşayan, gürcü milliyyətindən olan Baliçko Zurabovna Bizim.Media-ya danışıb.

Baliçko xanımın açıqlamasına görə, gürcülər yeni ilin gəlişinə əvvəldən böyük hazırlıq görürlər, süfrəyə gürcü mətbəxinin təam və içkiləri düzülür:

Yeni il süfrəsində mütləq gürcü mətbəxinin şah yeməkləriən olan "gürcü xəngəli"olmalıdır. Xəngəl süfrəyə isti-isti verilir. Yayda üzüm şirəsindən hazırlanan və "çorçxela" adlanan təam və "sacivi" salatı da yeni il gecəsi mütləq süfrəyə qoyulur. 

Gürcülərin bayram süfrəsinə "Givinin doki" adlanan qab məxsusi olaraq çaxır içmək üçün qoyulur. Çox maraqlı adətin rəmzi olan bu qabın üzərindəki kişi şəklindən kişinin göz yaşları tökdüyünü görmək olar. Yeni il gecəsi gürcülərin buynuzda çaxır içməsi də bayramın vacib əməllərindən sayılır.

Baliçko Zurabovna Yeni il gecəsi saat 24.00-də ölkəyə daxil olanda süfrəyə süfrəyə iri pullar, buğda və qarğıdalı qoyulur. Bunlar ilin bol və bərəkətli gəlməsinə yozulur. Gecə saat 24:00-da qapı-pəncərələrin açılması isə ilin bərəkətli gəlməsinə işarə edilir.

Baliçka Zurabovna gürcülərin yeni il süfrəsinə Azərbaycan milli mətbəxinin təam və çərəzləri də düzülür. Beləliklə, Qaxın etnik gürcülərin kompakt yaşayan kəndlərində bu adətləri yeni il gecəsi mütləq şəkildə icra edilir.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO