Gəncədə şair Qərib Mehdinin yubileyi qeyd edildi - FOTO

Gəncədə şair Qərib Mehdinin yubileyi qeyd edildi - FOTO

Hazırda oxunan: Gəncədə şair Qərib Mehdinin yubileyi qeyd edildi - FOTO

50872

Gəncədə nasir, şair, publisist, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əməkdar jurnalist Qərib Mehdiyevin 85 illik yubileyi qeyd olunub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, yubiley gecəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Məhsəti Gəncəvi Mərkəzində keçirilən gecə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başlayıb.

Daha sonra Gənəc Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov yubilyarı səmimi-qəlbdən təbrik edərək qeyd edib ki, Qərib Mehdinin yaradıcılıq nümunələri Gəncə və gəncəlilər üçün çox əzizdir. 
Tədbirdə çıxış edən natiqlər Qərib Mehdinin həyat və yaradıcılığına nəzər salıb, onun əmək fəaliyyəti haqqında danışıblar. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO