Azərbaycanlı müğənni Ukraynada keçirilən festivalda üçüncü oldu - FOTO

Azərbaycanlı müğənni Ukraynada keçirilən festivalda üçüncü oldu - FOTO

Hazırda oxunan: Azərbaycanlı müğənni Ukraynada keçirilən festivalda üçüncü oldu - FOTO

49905

Ukraynanın Kiyev şəhərində “2220 VIDEOCLIP Beynəlxalq musiqi festivalı” keçirilib. Festivalda Azərbaycanı “Uzaqsan” klipi ilə gənc müğənni Əmir Paşayev təmsil edib.

Mədəniyyət Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, 25 yaşlı müğənni festivalda 3-cü yerə layiq görülüb.

Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin himayəsi altında keçirilən festivalın münsiflər heyətinə “Eurovision” qalibi Eldar Qasımov da daxildir.

Festivalın finalında 16 ölkədən - Kanada, Almaniya, Polşa, Litva, Azərbaycan, Monteneqro, Sloveniya, Xorvatiya, Serbiya, Albaniya, Moldova, Ermənistan, Türkiyə, Qazaxıstan, Filippin və Ukraynadan 5-25 yaşlı 78 gənc müğənni iştirak edib.

Qeyd edək ki, 2021-ci ilin noyabr ayının 17-dən dekabrın 17-dək Ukraynanın paytaxtında, Kiyevin Mərkəzi Mədəniyyət və İstirahət Parkında festivalın 36 Superfinalçısının sərgisi keçirilir. Sərgidə kliplərdən, partnyorlardan və festivalın münsiflər heyətindən kadrlar nümayiş etdirilir.



Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO