Məşhur Roberto Koin “Xarıbülbül” kolleksiyası haqqında Bizim.Media-ya ÖZƏL DANIŞDI - FOTO

Məşhur Roberto Koin “Xarıbülbül” kolleksiyası haqqında Bizim.Media-ya ÖZƏL DANIŞDI - FOTO

Hazırda oxunan: Məşhur Roberto Koin “Xarıbülbül” kolleksiyası haqqında Bizim.Media-ya ÖZƏL DANIŞDI - FOTO

48265

Noyabrın 24-də məşhur italyan zərgəri, eyniadlı zərgərlik evinin yaradıcısı Roberto Koin Azərbaycanda özünün yeni qiymətli kolleksiyasını təqdim edib. Vətən müharibəsində Azərbaycanın qələbəsinə həsr olunan bu zərgərlik nümunələri Koin tərəfindən “Xarıbülbül” adlandırılıb. Təqdimat ölkəmizdə böyük maraqla qarşılanıb.

Bizim.Media Roberto Koinlə əlaqə yaradaraq bu qiymətli kolleksiyaların yaranma tarixçəsi ilə bağlı fikirlərini öyrənib.
 

O, özünün yazılı cavabında bildirib ki, bu, onun Azərbaycana və ölkəmizin gözəlliyinə heyran olan hər kəsə sevgi bəyannaməsidir.


Qeyd edib ki, kolleksiyaya Xarıbülbül gülü formasında 2 ədəd transformer broş daxildir ki, onları kulon kimi də taxmaq olar.

Cənab Koinin fikrincə, “o, bu parçanı seçən qadına onu özünəməxsus şəkildə şərh etmək azadlığı vermək istəyir” və kolleksiya tükənməz duyğular bəxş edir:

“Mən təbiətdə rast gəlinən bütün rəngləri əks etdirmək üçün iki fərqli broş yaratdım. Broş, bu çiçəkdə gördüklərimin yenidən nəzərdən keçirilməsidir: zərafət, rəng və güc".
 

“Xarıbülbül” broşları 18 karatlıq - ağ və ya sarı qızıldan hazırlanıb. Onlar almaz, yaqut, ametist, sarı sapfir və yaşıl qranatlarla işlənib. 


Hər bir məhsul fərdidir və əl işidir. Bu unikal sənət əsərini artıq Bakıda Roberto Coin butikində sifariş edə bilərsiniz və italyan zərgərləri onu xüsusi olaraq sizin üçün yaradacaqlar.

Səkinə Yusibli, Bizim.Media






















 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO