"Bir olub min illik mirasımızı qoruyacağıq" - Türkiyəli nazir

Hazırda oxunan: "Bir olub min illik mirasımızı qoruyacağıq" - Türkiyəli nazir

47456

""Nizami Gəncəvi kimdir?" sualının cavabı çox əhatəlidir. Türk dünyasının dahisi özünəməxsus əsərlər yaratmaqla yanaşı, coğrafiya, tibb, astronomiya və digər elmlərdə də kamil idi".

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş forumda qeyd edib.

Onun sözlərinə görə Nizami Gəncəvi yeddi dil bilməklə yanaşı musiqini də ruhunda birləşdirən şair olub:
 

MÖVZU İLƏ BAĞLI:

Mədəniyyətlər arasında KÖRPÜ - Nizami Gəncəvi ilinə START verildi


"Nizami Gəncəvinin əsərlərində kamil insan portretlərini əks etdirən obrazları görmək olar. İnsanların bir-birinə hörməti, sevgisi və bəşəri dəyərlər onun əsərlərində geniş tərənnüm olunub. Türk milləti bu böyük şairinə qürurla sahib çıxacaq və gələcək nəsillərə ötürməyə davam edəcək. Biz bir olub min illik mirasımızı qoruyacağıq".

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO