Mixail Şvıdkoy Nizami Gəncəvi haqda nə dedi? – “Bu günə qədər...”

Mixail Şvıdkoy Nizami Gəncəvi haqda nə dedi? – “Bu günə qədər...”

Hazırda oxunan: Mixail Şvıdkoy Nizami Gəncəvi haqda nə dedi? – “Bu günə qədər...”

47443

“Rusiyada Nizami Gəncəviyə 2 yerdə - Moskvada və Sank-Peterburqda heykəl qoyulub”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumda bildirib.

O bildirib ki, həmin heykəlləri quraşdıranda elə də asan dövr deyildi. Lakin Nizami Gəncəvi bu şəhərlərdə adının əbədiləşdirilməsinə layiqdir. O, təkcə Azərbaycanın deyil, Şərqin dahi oğludur.
 

MÖVZU İLƏ BAĞLI:

Putinin xüsusi nümayəndəsi Tahir Salahovdan danışdı


"Mən iki mütəfəkkiri qeyd edə bilərəm ki, onlar heç vaxt yaşadığı ərazini tərk etməmişdilər. Bunlar Nizami Gəncəvi və Emmanuel Kant idi. Onlar başa düşürdülər ki, insanın vicdanı, başı üzərində duran Allah böyük dəyərlərdir.

Bu ilin "Nizami Gəncəvi İli" elan olunması əhəmiyyətli hadisədir. Hazırda bu il çərçivəsində Rusiyada Ermitaj Muzeyində Azərbaycan xalçasının nümayişi keçirilir.

Nizami Gəncəvi İslam dünyasında maarifləndirmə işığını özündə təcəssüm etdirib. Bu işıq bu günə qədər bizim üzərimizdədir”, - deyə rusiyalı qonaq bildirib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO