Vətən Müharibəsinin ildönümünə həsr olunan \

Vətən Müharibəsinin ildönümünə həsr olunan \"Karabakh – Winter Wonderland\" SƏRGİSİ - FOTO

Hazırda oxunan: Vətən Müharibəsinin ildönümünə həsr olunan \"Karabakh – Winter Wonderland\" SƏRGİSİ - FOTO

46476

Zəncəfil şirniyyatlı "Karabakh – Winter Wonderland" sərgisi noyabr ayının 15-də "Port Baku Mall" ticarət mərkəzində açıq elan edilib.

Bizim.Media xəbər verir ki, "NARGIS" nəşriyyat evinin "Karabakh – Winter Wonderland" adlı sərgisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbənin ildönümünə həsr edilmişdir. 
 

Layihənin məqsədi Bakı sakinləri və şəhərin qonaqlarını Qarabağ diyarının zəngin mədəniyyəti ilə tanış etmək, eləcə də uşaqlara və böyüklərə Yeni il ərəfəsində xoş əhval-ruhiyyə bəxş etməkdir. Layihənin ideya müəllifi və rəhbəri Ülviyyə Mahmudovadır.


"Karabakh – Winter Wonderland" instalyasiyası Azərbaycanın Vətən müharibəsində parlaq qələbəsinin rəmzi olan xarıbülbül gülünü tərənnüm edir.

Paytaxtın tanınmış memarları və istedadlı qənnadıçıları Şuşa qala divarlarından Ağdam məscidinədək Azərbaycanın mədəni abidələrinin, eləcə də Füzuli hava limanı və Bakı şəhərinin diqqətəlayiq yerlərinin şirin miniatürlərini ərsəyə gətiriblər.

QR kodlar vasitəsilə bu abidələrin tarixi və mədəni əhəmiyyəti barədə məlumat əldə etmək mümkündür. Bütün məlumatlar üç dildə "NARGIS" jurnalının vebsaytında yerləşdirilmişdir.

Qeyd edək ki, sərgi 13 yanvar 2022-ci il tarixinədək davam edəcəkdir. Giriş sərbəstdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO