“Şuşa, sən azadsan!” filmi əks-səda yaratdı - TƏƏSÜRATLAR

“Şuşa, sən azadsan!” filmi əks-səda yaratdı - TƏƏSÜRATLAR

Hazırda oxunan: “Şuşa, sən azadsan!” filmi əks-səda yaratdı - TƏƏSÜRATLAR

44907

Xəbər verdiyimiz kimi Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi təqdim olunub. Şuşa şəhərinin düşməndən azad edilməsi ilə bağlı bəzi məqamlar ilk dəfə bu filmdə açıqlanıb.

Sosial şəbəkələrdə filmin möhtəşəm və peşəkarlıqla çəkilməsi ilə bağlı müzakirələr başlayıb.

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli “Facebook” hesabında filmi izləyən zaman möhtəşm hisslər keçirdiyini qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

"Şuşa sən azadsan" filmi TƏQDİM olundu - FOTO


Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevin sözlərinə görə bu cür filmlərin təqdimatında Qalib Dövlətin, Millətin nümayəndəsi olaraq iştirak etmək çox qürurvericidir.

Dövlət Miqarasiya Xidmətinin mətbuat sözçüsü Elnur Kələntərov nümayiş olunan hər iki filmin böyük ustalıqla çəkildiyini və çox qürurlandığını vurğulayıb. 

Bu barədə Bizim.Media-ya danışan Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Fazil Mustafa da öz növbsində "Əziz Şuşa, sən azadsan!" və "Biz" adlı filmlərin gözlədiyimizdən daha yüksək peşəkarlıqla, təsirli, insanı öz aurasına alan şəkildə çəkildiyini deyib:

“Təəsuratım çox yüksək. Şuşanı azad edən qəhrəmanlarımızla anbaan eyni ruhani halda hiss edirsən özünü... Azərbaycan insanının ən üstün keyfiyyətlərini səmimi şəkildə ekranlaşdıra biliblər. Sonda qəhrəman əsgər və zabitlərimizi alqışlayan və bu atmosferdən ayrılmaq istəməyən qədirbilən Azərbaycan insanı! Hər cür sevgiyə, sayğıya layiq əsgərimiz! Şəhidiylə, qazisiylə bu millətin ruhunu yenidən dirildən qəhrəmanlar! Bundan gözəl hansı duyğu ola bilər. Canımdan bütün yorğunluğum çıxıb. Bu filmlərdə zəhməti olan hər kəsə sonsuz təşəkkürümü bildirirəm”, - deputat əlavə edib.

“Şuşa, sən azadsan!” filminin baş prodüseri Arzu Əliyeva, rejissoru Cavidan Şərifov, prodüserləri Nazim Hüseynov və Orman Əliyevdir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO