Oktyabrın 31-də Azərbaycan və Türkiyənin müştərək istehsalı olan “Fulya” sənədli filminin Nizami Kino Mərkəzində təqdimatı keçirilib.
Bizim.Media-nın məlumatına görə, təqdimat mərasimində mədəniyyət naziri Anar Kərimov, mədəniyyət və kino nümayəndələri iştirak ediblər.
44 günlük Vətən müharibəsində öz xidməti vəzifələrini yerinə yetirən türkiyəli jurnalist Fulya Öztürk və kameraman Halil Kahramanın yaşadıqlarından bəhs edən filmin çəkilişləri bu ilin iyun ayında Gəncə, Bərdə, Tərtər və Bakı ərazisində aparılıb.
MÖVZU İLƏ BAĞLI:
“CinemaPlus”da “Fulya” filminin nümayişi başladı - VİDEO
Filmin rejissorları Aykut Taşkın və Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserləri Özcan Dada və Fariz Əhmədovdur.
Film “Azərbaycanfilm” kinostudiyası ilə Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalıdır.
Təqdimatda “Fulya”nın yaradıcı heyəti, həmçinin filmin qəhrəmanları - Türkiyəli media nümayəndələri Fulya Öztürk və Halil Kahraman iştirak ediblər.
Bizim.Media