Parisin məşhur Luvr muzeyinin Karusel zalında keçirilən “Art Shopping-2021” beynəlxalq incəsənət sərgisində Azərbaycan rəssamlarının əsərləri nümayiş etdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya bildirilib ki, Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyovaya məxsus “ASMAR Art” pavilyonunda Azərbaycan rəssamları ilə yanaşı, Türkiyə, Fransa, Əlcəzair və Gürcüstandan olan müəlliflərin də sənət əsərləri təqdim olunub.
Onların arasında Estoniyada yaşayan azərbaycanlı rəssam Rövşən Nurun impressionist üslubda çəkdiyi əsərlər də olub.
Pavilyonda təqdim olunan əsərlərdəki rəng sxemi, ətraf aləmin qavranılması kimi mühüm məsələlər sərgi ziyarətçilərində böyük maraq doğurub.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
10:49 / 31.10.2021
Azərbaycanlı rəssamların əsərləri Luvr muzeyində nümayiş etdirildi
Hazırda oxunan: Azərbaycanlı rəssamların əsərləri Luvr muzeyində nümayiş etdirildi
Hazırda oxunan: Azərbaycanlı rəssamların əsərləri Luvr muzeyində nümayiş etdirildi
44031
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.