Sankt-Peterburqda “Nizaminin sözünü hiss et” sərgisi açıldı - FOTO

Sankt-Peterburqda “Nizaminin sözünü hiss et” sərgisi açıldı - FOTO

Hazırda oxunan: Sankt-Peterburqda “Nizaminin sözünü hiss et” sərgisi açıldı - FOTO

43054

Sankt-Peterburqda, Rusiya Milli Kitabxanasının (RMK) yeni binasında, Azərbaycanın Baş Konsulluğunun dəstəyi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880-ci ildönümünə həsr olunmuş “Nizaminin sözünü hiss et” sərgisinin təntənəli açılışı olub.

Bizim.Media xəbər verir ki, sərgini Rusiya Milli Kitabxanasının Baş direktoru Vladimir Qronski açıb. Açılış mərasimində Azərbaycanın mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov, diplomatlar, şəhərin elm və mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Xalq mahnıları və Nizami Gəncəvinin sözlərinə yazılmış muğam və musiqili kompozisiyaları təqdim olunub.
 

Sərgi ziyarətçilərinin diqqətinə Nizaminin əsərləri orijinal dildə və dünyanın müxtəlif dillərinə tərcümələrdə təqdim olunub. Ekspozisiya illüstrativ material və məişət əşyaları ilə tamamlanıb.


Sərgi noyabrın 21-dək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO