Oktyabrın 1-dən etibarən Bakıda Milli Kitab Satış Sərgisi öz işinə başlayıb. Bu günə qədər artıq onlarla müəllif öz əsərlərinin təqdimatını keçirib və müxtəlif məzmunda konfranslar düzənlənib.
Oktyabrın 8-9-da isə Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Səlim Babullaoğlu özünün iki kitabını oxuculara təqdim edəcək.
Bizim.Media xəbər verir ki, kitabsevərlər oktyabrın 8-də saat 13.30-da, Bakı Expo Mərkəzində müəllifin “İlk hərfi itmiş cümlə” kitabının təqdimat və imza mərasimində iştirak edə bilərlər. Təqdimat Zal 1, 1-ci təqdimat zonasında baş tutacaq.
Oktyabrın 9-da isə Səlim Babullaoğlu oxucuları ilə saat 17.30-da, Bakı İdman Sarayında görüşəcək.
Həmin gün isə şairin “Oğlumla söhbətlər ” kitabı təqdimat və imza mərasimi baş tutacaq. Şair oxucuları ilə milli poeziyamız barədə söhbət edəcək. Hər iki təqdimatda ilk 30 alıcıya əlavə kitab hədiyyə olunacaq.
Sərgi çərçivəsində şairin təqdimatlarını “Parlaq imzalar” və “Qanun” nəşriyyat evləri təşkil edir.
Bizim.Media