"Bu məsələ ilə bağlı UNESCO qərar verməlidir” - NAZİR 

Hazırda oxunan: "Bu məsələ ilə bağlı UNESCO qərar verməlidir” - NAZİR 

0:00
0:00
38664

"UNESCO missiyasının azad edilmiş ərazilərə səfəri ilə bağlı danışıqlar davam etdirilir". 

Bizim.Media xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, Azərbaycanın şərtləri və bu missiyanın təşkili ilə bağlı texniki detallar UNESCO-ya çatdırılıb. 
 

"Məsələ ilə bağlı UNESCO qərar verməlidir. Biz onların bu məsələdə ədalətli və qərəzsiz mövqe tutmalarını gözləyirik. Biz gözləyirik ki, təşkilat məsələni siyasiləşdirməyəcək, məsələ sırf öz mandatına uyğun olaraq həyata keçiriləcək.


Bu missiyanın həyata keçirilməsində çox maraqlıyıq. Çünki biz istərdik ki, bütün dünya Qarabağda olan tarix-mədəniyyət abidələrimizin dağıdılması faktlarını araşdırsın və onlara qiymət versin. Ona görə də Azərbaycan hər zaman belə bir missiyanın keçirilməsinin tərəfdarı olub. Biz sadəcə olaraq gözləyirik ki, UNESCO da bu bu məsələyə eyni həssaslıqla yanaşsın", - deyə nazir bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO