Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçu bu gün Bakıda dəfn olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçinin qohumları məlumat veriblər.
Mərhum koronavirusdan vəfat etdiyinə görə cənazə ailəyə təhvil verilməyəcək. Əməkdar artistin cənazəsi birbaşa ailənin dəfn üçün müəyyən etdiyi yerə aparılacaq və torpağa tapşırılacaq.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Yaqub Zurufçu vəfat etdi
Ailə dəfn yerini hələlik müəyyənləşdirməyib.
Qeyd edək ki, Əməkdar artist ötən gün müalicə aldığı "Yeni Klinika”da koronavirusdan dünyasını dəyişib.
Bizim.Media