“Azərbaycanfilm” kinostudiyası və Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalı olan “Fulya” sənədli filminin çəkilişləri başa çatıb.
Bizim.Media xəbər verir ki, filmin premyerası 7 oktyabrda Avropada, 8 oktyabrda isə Türkiyədə olacaq.
MÖVZU İLƏ BAĞLI:
“Fulya” filminin çəkilişlərinə başlandı - VİDEO
Mədəniyyət Nazirliyindən isə bildirilib ki, sənədli filmin Azərbaycanda nə zaman yayımlanacağı ilə bağlı hələlik bir məlumat yoxdur.
Qeyd edək ki, filmdə 44 günlük Vətən müharibəsi dövründə müharibənin acı həqiqətlərini dünyaya çatdıran ”CNN Türk” televiziyasının hərbi müxbiri Fulya Öztürkün fəaliyyətindən bəhs olunur.
Bizim.Media