"Mədəniyyət Ordusu" yaradıcılıq müsabiqəsi başa çatdı – VİDEO

Hazırda oxunan: "Mədəniyyət Ordusu" yaradıcılıq müsabiqəsi başa çatdı – VİDEO

35210

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən "Mədəniyyət Ordusu" yaradıcılıq müsabiqəsi başa çatıb.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, münsiflər heyətinin qərarına əsasən Azərbaycanı təmsil edən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının kollektivi 17 ölkə arasında vokal ustalığında solo ifada 3-cü, xoreoqrafik duet rəqsində 2-ci, qrup rəqsində isə 3-cü yerə layiq görülüb.

Bundan əlavə, Azərbaycan təmsilçiləri Alabino hərbi poliqonunda “Dostluq Evi”ndə 21 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən sərgidə 3-cü yerdə qərarlaşıblar.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO