Polad Bülbüloğlu Bişkekdə mahnı oxudu - FOTO

Polad Bülbüloğlu Bişkekdə mahnı oxudu - FOTO

Hazırda oxunan: Polad Bülbüloğlu Bişkekdə mahnı oxudu - FOTO

0:00
0:00
35189

Qırğızıstanın müstəqilliyinin 30 illiyi ilə əlaqədar Bişkek şəhərində Müstəqil Dövlətlər Birliyinin gənclərdən ibarət simfonik orkestrinin iki günlük konserti keçirilib.

Bizim.Media xəbər verir ki, Abdılas Moldıbayev adına Akademik Opera və Balet teatrında keçirilən konsertdə Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondun (DHƏF) icraçı direktoru Anatoli İksanov, ölkəmizin Qırğızıstandakı səfiri Hidayət Orucov və digər rəsmi şəxslər də iştirak ediblər.

Bildirilib ki, Qırğızıstan və DHƏF-in birgə təşkilatçılığı ilə keçirilən konsertin məqsədi MDB ölkələri arasında mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, istedadlı gənclərin üzə çıxarılması və cəmiyyətdə tanınmasıdır.
 

Konsertə Rusiya Federasiyasının Xalq artisti Sergey Skripkanın rəhbərliyi ilə MDB ölkələri və Gürcüstanın istedadlı musiqiçiləri də qatılıb.


Konsertdə Polad Bülbüloğlunun ifaları alqışlarla qarşılanıb. Sonda qonaqlara qırğız milli geyimi hədiyyə olunub.

Xatırladırıq ki, bir gün əvvəl Qırğızıstan Prezidenti Sadır Japarov Mixail Şvıdkoya “Danaker”, Polad Bülbüloğluna “Dostluq” ordeni təqdim edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO