Fransalı jurnalist Mərkəzi Bank sədrinin qızından yazdı

Fransalı jurnalist Mərkəzi Bank sədrinin qızından yazdı

Hazırda oxunan: Fransalı jurnalist Mərkəzi Bank sədrinin qızından yazdı

33780
Fransalı jurnalist Kira Branzənjer moda aləmindən bəhs edən “Paris capitale” jurnalında dərc etdirdiyi “Günel öz moda kolleksiyası üçün Parisi seçdi” sərlövhəli məqaləsində gənc azərbaycanlı modelyer Günel Rüstəmovanın Parisdə nümayiş etdirdiyi moda kolleksiyasından söhbət açıb. Moderator.az-ın verdiyi məlumata görə, məqalə Günel Rüstəmovanın sözləri ilə başlanır: “Paris modalar paytaxtıdır. İlk moda kolleksiyamla bu şəhərə gəlmək ən böyük arzum idi”.

Müəllif azərbaycanlı modelyerin hazırladığı paltarların onun Londondakı emalatxanasında və internet vasitəsilə satıldığını diqqətə çatdırıi və Parisin modalar dünyasının Günel Rüstəmovanın öz istedadını tanıtmaq istiqamətində ilk mərhələ olduğunu vurğulayıb. Elə bu məqsədlə ən bahalı zinət əşyalarının satıldığı məşhur Vandom meydanında qotik üslubunda tikilən “Evrö” otelində Günelin moda kolleksiyasının nümayiş etdirildiyi qeyd olunur.

Tanınmış moda ustası Jan-Klod Jitrunun Günel Rüstəmovanın modalarını yüksək qiymətləndirdiyi də məqalədə yer alıb.

Gənc modelyerin ağ qızıl və gümüşlə bəzədilən müxtəlif forma və rənglərdə paltar kolleksiyasının böyük uğurla nümayiş etdirildiyi bildirilir.

Məqalədə, həmçinin Günel Rüstəmovanın Azərbaycandan sonra moda sahəsində təhsilini Londonda davam etdirdiyi, onun kolleksiyalarının Londondan əlavə, Rusiyada, Ukraynada və Qazaxıstanda müvəffəqiyyətlə nümayiş olunduğu vurğulanıb.
 Qeyd edək ki, Günel Rüstəmova Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun qızıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO