Mədəniyyət naziri Anar Kərimov Azərbaycanda səfərdə olan İraqın rabitə naziri Arkan Şihab Əhməd Əl Şaibani ilə görüşüb.
Mədəniyyət Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, A.Kərimov iki ölkə arasında münasibətlərin tarixi, mədəni və dini bağlar üzərində inkişaf etdiyini vurğulayaraq, həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə əməkdaşlığın həyata keçirildiyini qeyd edib.
Nazir İraqın Azərbaycandakı səfirinin işğaldan azad olunan ərazilərə səfərindən bəhs edərkən həmin ərazilərdə mədəniyyətlə bağlı bütün infrastrukturun, eləcə də qəbiristanlıqlar, məscidlər, xristian abidələri və digər məkanların erməni işğalçı qüvvələri tərəfindən məqsədli şəkildə dağıdıldığını diqqətə çatdırıb.
O, əlavə edib ki, Azərbaycan dövləti işğaldan azad olunan ərazilərdə geniş yenidənqurma və bərpa işlərini həyata keçirir. Həmin ərazilərdə, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində dini-etnik mənsubiyyətindən və xarakterindən asılı olmayaraq bütün inanc yerlərinin qorunduğunu, islam irsi ilə yanaşı xristian abidələrinin, qədim kilsələrin bərpasına başlandığını qeyd edib.
Qəbula görə təşəkkürünü bildirən İraqın rabitə naziri Arkan Şihab Azərbaycan və İraq arasında ikitərəfli münasibətlərin mövcud inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib.
A.Kərimov görüş zamanı İraqın mədəniyyət nazirinin Azərbaycana dəvət olunması, iki ölkə arasında yeni sazişin imzalanması, İraq ərazisində yaşayan türkmənlərlə Azərbaycan xalqının tarixi-mədəni bağlılığı, dahi Azərbaycan şairi Füzulinin məqbərəsinin bərpası məsələlərinə də toxunub.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
14:26 / 06.08.2021
Məhəmməd Füzulinin İraqdakı məqbərəsi bərpa olunacaq? - Müzakirəsi gedir
Hazırda oxunan: Məhəmməd Füzulinin İraqdakı məqbərəsi bərpa olunacaq? - Müzakirəsi gedir
Hazırda oxunan: Məhəmməd Füzulinin İraqdakı məqbərəsi bərpa olunacaq? - Müzakirəsi gedir
31461
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.