Lermontovun məşhur əsəri Bakıda səhnələşdirilir”¦

Lermontovun məşhur əsəri Bakıda səhnələşdirilir”¦

Hazırda oxunan: Lermontovun məşhur əsəri Bakıda səhnələşdirilir”¦

30295
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında məşhur rus şairi M.Y.Lermontovun “Maskarad” əsəri əsasında eyniadlı tamaşa hazırlanır.
 Bu barədə APA-ya teatrın direktoru Ədalət Hacıyevin sözlərinə görə, tamaşa məşhur şairin 200 illik yubileyi münasibətilə hazırlanacaq: “Bu, böyük bir layihə əsasında hazırlanan tamaşadır. Layihə Azərbaycan, Rusiya və Amerikanın birgə layihəsidir. Tamaşanın quruluşçu rejissoru xalq artisti Aleksandr Şarovski, quruluşçu rəssamı Amerikadan dəvət olunmuş İrin Kurinina, dekor üzrə rəssamı isə rusiyalı Nikita Sezenov olacaq”. Ə.Hacıyev vurğulayıb ki, tamaşanın premyerası payız aylarında, yeni teatr mövsümündə olacaq. 
Qeyd edək ki, Rus Dram Teatrı mövsümü “Bəyi çağırmısınız, qızlar” komediyası ilə iyunun 30-da bağlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO