Türk Dünyası Mühəndislər və Memarlar Birliyi (TDMMB) Şuşa şəhərinin bütün Türk dünyasının mədəniyyət paytaxtı elan olunmasını təklif edib.
Bizim.Media “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu təkliflə TDMMB-nin rəhbəri, Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin müavini Mücahit Demirtaş çıxış edib.
MÖVZU İLƏ BAĞLI:
Şuşa Şəhəri Dövlət Qoruğu oldu – FƏRMAN
O bildirib ki, Şuşanın mədəniyyət paytaxtı olması onun beynəlxalq aləmdə nüfuzunu gücləndirəcək.
Demirtaş TDMMB-nin Azərbaycanın Ermənistanın işğalından azad edilmiş bölgələrinin bərpası prosesinə mümkün töhfə verməyə hazır olduğunu vurğulayıb.
Bizim.Media