“Fəxri adlar ləğv olunsun, bazara çevirdilər” - Rasim Balayev

“Fəxri adlar ləğv olunsun, bazara çevirdilər” - Rasim Balayev

Hazırda oxunan: “Fəxri adlar ləğv olunsun, bazara çevirdilər” - Rasim Balayev

272968

“Fəxri adları ləğv etmək lazımdır”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında aktyor, Xalq artisti Rasim Balayev fəxri adlarla bağlı məsələdən danışarkən qeyd edib. O, nəzərə çatdırıb ki, dünyanın ən məşhur sənətkarlarına belə bu adlar  verilməyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda fəxri adlar bu meyarlara görə VERİLİR – QAYDALAR
 


“Alen Delon Fransanın Xalq artisti deyildi. Sadəcə Alen Delon idi. Madonna, Maykl Cekson Amerikanın xalq artisti olmayıb. İnsanı sənətinə görə millət, xalq tanıyır”.

“Fəxri adların verilməsini bazara çevirdilər”.

Rasim Balayev fəxri adların Sovetdən qalma ənənə olduğunu diqqətə çatdırıb:

“İndi onları o qədər ucuz adamlara verirlər ki, adları da korladılar. O adlar ancaq obyektiv veriləndə qiymətli idi. Sonra bazara çevirdilər, çatana ad verdilər. İndi dayanıblar ki, bu qədər Xalq artisti olar? 

Artıq 3-4 ildir ki, bizə deyiblər ki, adları təqdim etməyin. Biz də etmirik”, -deyə Rasim Balayev qeyd edib.

Qeyd edək ki, Rasim Balayev 1976-cı ildə "Azərbaycan SSR əməkdar artisti", 1982-ci ildə isə “Azərbaycan SSR xalq artisti”  fəxri adlarını alıb.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO