Bəzi müəllimlər "Üzeyir Hacıbəyli Mükafatı" ilə təltif olunacaq

Bəzi müəllimlər "Üzeyir Hacıbəyli Mükafatı" ilə təltif olunacaq

Hazırda oxunan: Bəzi müəllimlər "Üzeyir Hacıbəyli Mükafatı" ilə təltif olunacaq

269951

Musiqi, incəsənət məktəb və mərkəzlərinin pedaqoji fəaliyyətində xüsusi nailiyyətlər göstərən müəllimlərinə "Üzeyir Hacıbəyli Mükafatı" təqdim olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlik və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının həyata keçirdiyi layihə çərçivəsində ümumilikdə 25 müəllim müxtəlif sahələr üzrə mükafatlandırılacaq.
 

Namizədlərin seçimi müsabiqə yolu ilə aparılacaq və iki mərhələdən ibarət olacaq. Belə ki, I mərhələdə təqdim edilən sənədlərin ekspertizası həyata keçiriləcək. İkinci mərhələdə isə namizədlər ixtisasları üzrə açıq dərs təqdim edəcəklər.


Namizədlərin fəaliyyətinin qiymətləndirilməsi Ekspert Komissiyası tərəfindən aparılacaq, mübahisəli məsələlərə isə Apellyasiya Komissiyası baxacaq. Nəticələrə əsasən, ən yüksək bal toplayan 25 müəllim "Üzeyir Hacıbəyli Mükafatı"na layiq görüləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO