Bakıda beynəlxalq rəqs festivalı keçirildi - FOTO

Bakıda beynəlxalq rəqs festivalı keçirildi - FOTO

Hazırda oxunan: Bakıda beynəlxalq rəqs festivalı keçirildi - FOTO

269128

Bakıda Azərbaycan Rəqs Şurası (AzDC) və SRDS Beynəlxalq Rəqs Şirkətinin (Smooth & Rhythm Dance Style) təşkilatçılığı ilə WADF Bədii Bal Rəqsləri (Smooth) üzrə dünya çempionatı və bütün WADF üslubları üzrə dünya kubokları keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Xalq artisti Təranə Muradova AZƏRTAC-a verdiyi müsahibəsində Azərbaycanda ilk dəfə keçirilən rəqs uşaq festivalının əhəmiyyətindən danışıb. O bildirib ki, bu tədbir balalarımız üçün xüsusi dəyərə malikdir:

“Festivalda 14 ölkədən nümayəndələr iştirak edir və hər biri öz ölkəsinin mədəniyyətini təqdim edir. Yaş aralığı 5-dən 16-ya qədər olan iştirakçılar özfəaliyyət dərnəklərinin üzvləridir. Mən inanıram ki, bu uşaqlar gələcəkdə ölkələrini beynəlxalq səviyyədə uğurla təmsil edəcəklər. Festivalın əsas məqsədi isə uşaqlar arasında dostluq və birliyin gücləndirilməsidir.”

Gələcək layihələr barədə də məlumat verən Təranə Muradova əlavə edib:

“15 İyun - Uşaq Günü münasibətilə ölkəmizdə böyük bir festival təşkil olunacaq. Bu tədbirdə on minlərlə uşaq iştirak edəcək. Oktyabrın 31-də isə 25 ölkədən peşəkar sənətçilərin iştirakı ilə möhtəşəm bir tədbir keçiriləcək. Mən də həmin gecədə xalqımız üçün xüsusi bir sürpriz hazırlamışam”.

AzDC Katibliyinin rəhbəri Eldar Cəfərov isə bildirib ki, keçirilən müsabiqə çərçivəsində müxtəlif janrlarda rəqs növləri nümayiş olunur:

“Bal və latın rəqsləri, teatr və artistik rəqsləri, xalq rəqsləri, “street dance”, “hip-hop” və digər janrlarda çıxışlar təqdim edilir. Bu, həm yaradıcılıq baxımından, həm də mədəni müxtəlifliyin təşviqi baxımından olduqca əhəmiyyətlidir”.

Eldar Cəfərov, eyni zamanda, beynəlxalq səviyyədə əldə olunan uğurlara da toxunub:

“WADF kimi nüfuzlu beynəlxalq təşkilatın AzDC-ni tanıması bizim üçün tarixi əhəmiyyət daşıyır. Bu, Azərbaycanın dünya rəqs mədəniyyətinin əsas mərkəzlərindən biri kimi tanınması istiqamətində atılmış strateji addımdır”.
 

Turnirdə 14 ölkədən təmsil olunan rəqqaslar bədii rəqsin müxtəlif növlərini nümayiş etdiriblər. Tədbir boyu iştirakçılar öz ölkələrinin mədəniyyətini və rəqs ənənələrini təqdim edərək səhnədə rəngarəng və peşəkar çıxışlarla yadda qalıblar.


Festivalın sonunda iştirakçıların mükafatlandırma mərasimi keçirilib.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO