Azərbaycanlı tarzən “Özbəkistanın mədəniyyət elçisi” medalı ilə TƏLTİF EDİLDİ

Azərbaycanlı tarzən “Özbəkistanın mədəniyyət elçisi” medalı ilə TƏLTİF EDİLDİ

Hazırda oxunan: Azərbaycanlı tarzən “Özbəkistanın mədəniyyət elçisi” medalı ilə TƏLTİF EDİLDİ

257651

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən Sahib Paşazadə Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən “Özbəkistanın mədəniyyət elçisi” medalı ilə təltif olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Məlumata əsasən, mərasim iyulun 1-də nazirlikdə keçirilən görüş çərçivəsində baş tutub.

Medalı və onun sertifikatını ifaçıya Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov təqdim edib.
 

Təltif zamanı nazir Sahib Paşazadənin iki ölkə arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələri, həmçinin Özbəkistanda keçirilən beynəlxalq festival və müsabiqələrdə fəal iştirakını yüksək qiymətləndirib, sənətkara yeni uğurlar arzulayıb.


Qeyd edək ki, tarzən Sahib Paşazadə 2017-ci ildə Səmərqənd şəhərində keçirilən ənənəvi “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Qran-pri mükafatına, 2018-ci ildə isə Şəhrisəbz şəhərində təşkil olunan I Beynəlxalq “Makom” Festivalında birinci yerə layiq görülüb. O, həmçinin 2024-cü ildə Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun fəxri professoru adına layiq görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO