Ermənilərin oğurladığı “Qal, sənə qurban” mahnısı "YouTube"dan silindi – RƏSMİ

Ermənilərin oğurladığı “Qal, sənə qurban” mahnısı "YouTube"dan silindi – RƏSMİ

Hazırda oxunan: Ermənilərin oğurladığı “Qal, sənə qurban” mahnısı "YouTube"dan silindi – RƏSMİ

256234

Musiqisi bəstəkar Ələkbər Tağıyevə, sözləri şair Mikayıl Müşfiqə məxsus "Qal, sənə qurban" mahnısının erməniəsilli müğənni tərəfindən mənimsənilməsi aradan qaldırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.
 

Qeyd edilib ki, erməniəsilli Kipr müğənnisi Ovik Dəmirçyan "Qal, sənə qurban" mahnısını mənimsəyərək erməni mahnısı kimi təqdim edərək oxuyub.


Həmçinin o, mahnını "YouTube"da yunan dilində "Hara gedir" adı altında yayıb.

"Məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən "Rəqəmli və Audiovizual Yayım Sənayesi" İctimai Birliyinin (RAYS) texniki yardımı ilə O.Dəmirçyanın "YouTube" platformasında yaydığı mahnı silinib", - deyə məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO