Azərbaycan və gürcü aktyorları Gəncədə bir səhnəni bölüşüblər

Azərbaycan və gürcü aktyorları Gəncədə bir səhnəni bölüşüblər

Hazırda oxunan: Azərbaycan və gürcü aktyorları Gəncədə bir səhnəni bölüşüblər

253425

Gəncə Dövlət Milli Dram Teatrında gürcü yazarı N.Dumbadzenin "Kukaraça" tamaşasının premyerası olub.

Mədəniyyət Nazirliyindən Bizim.Media-ya bildirilib ki, Gürcüstanın Ozurgeti Milli Dram Teatrı ilə birgə layihə çərçivəsində ərsəyə gələn tamaşada Azərbaycan və gürcü aktyorları eyni səhnəni bölüşüblər.

Layihənin bədii rəhbəri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlı, koordinatoru Gəncə Dövlət Milli Dram Teatrının aktyoru Yusif Cəfərovdur.
 

Tamaşanın quruluşçu rejissoru Gürcüstanın Əməkdar incəsənət xadimi, Ozurgeti Milli Dram Teatrının bədii rəhbəri və direktoru Vasili Ciqoqidze, quruluşçu rəssamı Rustavi teatrının baş rəssamı Lomqul Murusidze, rəssamı Mirzə Mehdi, xoreoqrafı Zeynəb Hüseynovadır.


Tamaşanın növbəti premyerası iyunun 7-si saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO