IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində tədbirin reallaşmasında fəal iştirak edən qurumlar, həmçinin bir sıra alim, şair və yazıçılar mükafatlandırılıb.
Bizim.Media xəbər verir ki, TÜRKSOY və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə baş tutan mükafatlandırma mərasimində elm və ədəbiyyat sahəsində xidmətləri olan tanınmış simalara TÜRKSOY-un fəxri medalları təqdim olunub.
Mərasimdə Gülşən Behbud, Altun Dövlətxanov, Əli Yağmuroğlu, Töhfə Talıbova, İsmixan Osmanlı, Narıngül Nadir, aparıcı Bəhruz Niftəliyev və digər bir sıra alim və yazarlar təltif ediliblər.
Mükafatları festivalın layihə rəhbəri, Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri Xəyal Rza təqdim edib.
O, çıxışında bu cür təltiflərin türk dünyasının mədəni inteqrasiyası və ədəbi əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Təltif olunanlar sırasında informasiya dəstəyinə görə "Bizim.Media" xəbər portalı da yer alıb. Portal festival müddətində keçirilən tədbirlərin geniş işıqlandırılmasında, ictimaiyyətə dolğun və vaxtında məlumatların çatdırılmasında mühüm rol oynayıb.
Qeyd edək ki, 24–31 may tarixlərində keçirilən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə — Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr olunub. Festival çərçivəsində panel müzakirələr, poeziya gecələri, kitab təqdimatları, imza günləri və digər ədəbi-mədəni tədbirlər təşkil olunur.
Builki festivalda ilk dəfə olaraq 1 iyun tarixində — Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.
Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə Şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə həyata keçirilir.
Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media

- A-
- A
- A+
Mədəniyyət
17:36 / 31.05.2025
"Bizim.Media" IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında mükafata LAYİQ GÖRÜLDÜ - FOTO
Hazırda oxunan: "Bizim.Media" IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında mükafata LAYİQ GÖRÜLDÜ - FOTO
Hazırda oxunan: "Bizim.Media" IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında mükafata LAYİQ GÖRÜLDÜ - FOTO
252339
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.