Kitab Festivalında "Şeir Adam" adlı ədəbi-bədii tədbir KEÇİRİLDİ - FOTO

Kitab Festivalında "Şeir Adam" adlı ədəbi-bədii tədbir KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: Kitab Festivalında "Şeir Adam" adlı ədəbi-bədii tədbir KEÇİRİLDİ - FOTO

252331

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində "Şeir Adam" adlı ədəbi-bədii tədbir baş tutub.

Bizim.Media xəbər verir ki, tədbirin əsas siması tanınmış aktyor, Azərbaycan Respublikasının Əməkdar artisti Ağalar Bayramov olub.

Səhnənin, səsin və sözün sehrini özündə birləşdirən sənətkar bu dəfə də oxucuları sözün sehrinə qərq edib. A.Bayramov tədbir boyunca klassik və çağdaş Azərbaycan poeziyasının incilərindən nümunələr səsləndirib. Onun vətənpərvərlik ruhunda səsləndirdiyi şeirlər rəğbətlə qarşılanıb. Əməkdar artist şairlərin poeziyasını səsləndirməklə yanaşı, bu misraların arxasındakı duyğuları, həyat fəlsəfəsini də tamaşaçılara çatdırmağa çalışıb.
 

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.
Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.


IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.








Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO