Festivalda Mirvarid Dilbazi və Urkiyə Minə Balmanın xatirəsinə həsr olunmuş poeziya paneli keçirildi – FOTO

Festivalda Mirvarid Dilbazi və Urkiyə Minə Balmanın xatirəsinə həsr olunmuş poeziya paneli keçirildi – FOTO

Hazırda oxunan: Festivalda Mirvarid Dilbazi və Urkiyə Minə Balmanın xatirəsinə həsr olunmuş poeziya paneli keçirildi – FOTO

252300

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində azərbaycanlı şair Mirvarid Dilbazi və Kipr Respublikasının yazarı Urkiyə Minə Balmanın xatirəsinə həsr olunmuş "Gül dəftəri” adlı poeziya paneli baş tutub.

Bizim.Media xəbər verir ki, panel şair Narıngül Nadirin moderatorluğu ilə keçirilib.
 

Paneldə çağdaş poeziyanın simaları Güllu Eldar Tomarlı, Lalə İsmayıl, Lilpar Cəmşidqızı və Adilə Aslan öz poetik nümunələrini iştirakçılarla bölüşüblər.


Tədbir zamanı həm Mirvarid Dilbazinin, həm də Urkiyə Minə Balmanın seçilmiş şeirləri səsləndirilib, onların yaradıcılığına dair fikirlər səsləndirilib və türk qadın şairlərinin ədəbiyyatdakı rolu vurğulanıb.

Paneldə qadın poetikasının dili, duyumu və türk dünyası ədəbiyyatındakı yeri geniş şəkildə müzakirə olunub.

Xüsusilə iki ölkənin qadın şairlərinin həyat və yaradıcılıq yolları arasında körpülər qurulub, oxşar mövzu və duyğuların poetik təzahürləri diqqətə çatdırılıb.

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.









Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO