IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 6-cı günündə “Dəyərlərimiz-vəhdətimiz:
Multikulturalizm” panelində şeir saatı keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyində Multikultural məsələlər üzrə məsul şəxs, şair Xatirə Fərəclinin moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycanda yaşayan şairlərlə yanaşı Cənubi Azərbaycandan, Türkmən eli Kərkükdən olan şairlər də qatılıb.
Tədbirdə şairlərdən: Giya Paçxataşvili, Mətanət Ulu Şirvanlı, Yaqoob Osili, Qabil Nabi, Əliyar Mərdiyev, Adilə Aslanova, Lalə Muxtarova, Ali Yağmuroğlu, Səadət Salmanqızı, İbrahim Yusifoğlu, Elçin Süleymanov, Surxay Məhəmmədoğlu, Leyla Mətin, Qəzənfər Məsimoğlu, Əzizə Ağahüseynqızı, Səringül Atəşin və başqaları şeirlər söyləyiblər.
Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.
Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.
IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.
Bizim.Media