"Gül dəftəri" mövzusunda panel müzakirəsi keçirildi – FOTO

"Gül dəftəri" mövzusunda panel müzakirəsi keçirildi – FOTO

Hazırda oxunan: "Gül dəftəri" mövzusunda panel müzakirəsi keçirildi – FOTO

252181

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində "Gül dəftəri" mövzusunda maraqlı panel müzakirəsi baş tutub.

Bizim.Media xəbər verir ki, tədbirdə tanınmış şairələr – Nigar Arif, Banu Mühərrəm, Sara Selçan və Arzu Hüseyn çıxış edərək öz şeirlərini səsləndiriblər.
 

MÖVZU İLƏ BAĞLI:

"Nəlbəki" və "Bayraq" rəqsləri Kitab Festivalında böyük maraqla qarşılandı – FOTO


Onların poetik çıxışları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb, alqışlarla müşayiət olunub və xoş sözlərlə dəyərləndirilib.

Qeyd edək ki, festivalın yeddinci günü Türkiyə Respublikasının tarixi və ədəbiyyatına həsr olunub. Mayın 24-də start götürən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 1-dək davam edəcək.

Bu il festival çərçivəsində ilk dəfə olaraq 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi planlaşdırılır.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, “İnam Mühafizə” şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.
















Aygün Hüseyn, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO