"Nəlbəki" və "Bayraq" rəqsləri Kitab Festivalında böyük maraqla qarşılandı – FOTO

"Nəlbəki" və "Bayraq" rəqsləri Kitab Festivalında böyük maraqla qarşılandı – FOTO

Hazırda oxunan: "Nəlbəki" və "Bayraq" rəqsləri Kitab Festivalında böyük maraqla qarşılandı – FOTO

252166

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində konsert proqramı təşkil olunub. 

Bizim.Media xəbər verir ki, tədbirdə Bakı-İstanbul liseyinin şagirdləri və "Xarıbülbül" rəqs qrupunun üzvləri tərəfindən "Nəlbəki" və "Bayraq" rəqsləri nümayiş etdirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Festivalda "Güney Azərbaycan ədəbiyyatı" mövzusunda panel müzakirəsi keçirildi – FOTO


Səhnələşdirilən rəqslər tamaşaçılar və festival iştirakçıları tərəfindən böyük maraq və sevgi ilə qarşılanıb.

Qeyd edək ki, festivalın yeddinci günü Türkiyə Respublikasına, onun tarixinə və ədəbiyyatına həsr olunub. Mayın 24-də start götürən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 1-dək davam edəcək.

Bu il ilk dəfə olaraq, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi planlaşdırılıb.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, "İnam Mühafizə" şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.












Aygün Hüseyn, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO