Zərəngiz Dəmirçi Qayalının imza günü – FOTO

Zərəngiz Dəmirçi Qayalının imza günü – FOTO

Hazırda oxunan: Zərəngiz Dəmirçi Qayalının imza günü – FOTO

252145

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın stendində şair, publisist, Prezident mükafatçısı Zərəngiz Dəmirçi Qayalının imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, imza günü zamanı müəllifin “Haqqı sevdim”, “Vəfa mənim”, “Güllələnmişlər”, “Qayalı”, “Oğul”, “Əziz rəhbər”, “İki qardaş gücü” və “Zəfər sədası” adlı şeir və poemalardan ibarət kitabları oxuculara təqdim olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Məlahət İbrahimova oxucuları ilə görüşdü – FOTO


Zərəngiz Dəmirçi Qayalının yaradıcılığının əsas qayəsini vətənpərvərlik, ana məhəbbəti, zorla sürükləndiyimiz Qarabağ müharibəsinin ağrıları və bu savaşda qazanılmış şanlı zəfərimizə həsr olunmuş poeziya təşkil edir.

Şair Prezident təqaüdünə layiq görülüb, həmçinin Beynəlxalq Rəsul Rza və Mahmud Kaşqari mükafatlarının laureatıdır. Onun əsərləri altı dilə tərcümə olunub.

Qeyd edək ki, festivalın yeddinci günü Türkiyə Respublikasının tarixinə və ədəbiyyatına həsr olunub. 24 mayda başlayan IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı 1 iyun tarixinədək davam edəcək.

Bu il ilk dəfə olaraq 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə I Türk Dünyası Uşaq Festivalının keçirilməsi də nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə Şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.












Aygün Hüseyn, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO