Məlahət İbrahimova oxucuları ilə görüşdü – FOTO

Məlahət İbrahimova oxucuları ilə görüşdü – FOTO

Hazırda oxunan: Məlahət İbrahimova oxucuları ilə görüşdü – FOTO

252142

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında  şairə-yazıçı Məhəbbət İbrahimova ilə görüş keçirilib. 

Bizim.Media xəbər verir ki, şair "Mənim dünyam", "Yalan dolu məhəbbət", "Ömürdən qurban olmaz", "Məhəbbət dünyası", "Ömrümün yarısı yarım", "Ömrün payızı" və "Kadın olmak"   kitablarını oxucuları üçün imzalayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Kitab Festivalında “Türkmənistan ədəbiyyatı” mövzusunda panel müzakirə - FOTO


Yazıçının keçirdiyi təntənəli görüş oxucular tərəfindən yüksək qiymətləndirilib və böyük maraqla qarşılanıb.

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub. 

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.






Aygün Hüseyn, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO