Kitab Festivalında “Gül dəftəri” poeziya paneli – FOTO

Kitab Festivalında “Gül dəftəri” poeziya paneli – FOTO

Hazırda oxunan: Kitab Festivalında “Gül dəftəri” poeziya paneli – FOTO

251940

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində türkiyəli şair Nigar Bint Osman və azərbaycanlı şair Nigar Rəfibəylinin xatirəsinə həsr olunmuş “Gül dəftəri” adlı poeziya paneli keçirilib.

Bizim.Media xəbər verir ki, panel şair Naringül Nadirin moderatorluğu ilə baş tutub.

Paneldə Azərbaycan ədəbiyyatının nümayəndələri, Südabə Sərvi, Xatirə Fərəcli, Reyhan Kənan, Sevinc Kərimova çıxış edərək, həm öz şeirlərini, həm də hər iki şairin qələmə aldığı şeirləri səsləndiriblər.

Qiraətçi Kəmalə Səlim şair Nigar Rəfibəylinin ən yaddaqalan, seçilən şeirlərini səsləndirib.

Qeyd edək ki, festivalın 6-cı günü Türkiyə Respublikası və onun tarixi, ədəbiyyatına həsr olunub. Mayın 24-də start götürən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 1-dək davam edəcək.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.








Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO