Kitab festivalında Baba Vəziroğlu ilə GÖRÜŞ – FOTO

Kitab festivalında Baba Vəziroğlu ilə GÖRÜŞ – FOTO

Hazırda oxunan: Kitab festivalında Baba Vəziroğlu ilə GÖRÜŞ – FOTO

251815

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında nasir, şair, tərcüməçi, kinodramaturq, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, şairlə görüşdə onun oxucuları, xüsusilə, gənclər və məktəblilər iştirak ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Rəsul Rzanın 115 illiyi qeyd olundu - FOTO


Tədbirdə iştirak edən şair kitab festivallarının əhəmiyyətindən danışıb. O, bu festivalların gənclərdə həm kitaba maraq oyatdığını, həm də gənc yazarlarda həvəs yaratdığını bildirib.

Daha sonra bəstəkar Sevinc Tofiqqızı çıxış edərək şairin sözlərinə yazdığı mahnıları sadalayıb. Bəstəkar bildirib ki, şairin sözlərinə bəstələdiyi sonuncu mahnı "Səma qəhrəmanları" mahnısı olub. O, bu yaxınlarda yeni mahnının da təqdim olunacağını vurğulayıb.

Tədbir oxucuların sualları və müzakirə formatında davam edib.

Qeyd edək ki, festivalın 5-ci günü Azərbaycan və onun tarixi, ədəbiyyatına həsr olunub. Mayın 24-də start götürən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 1-dək davam edəcək.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.




















Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO