"Türkşünaslıq" və "Azərbaycan Xalq Cümhuriyyəti" mövzularında tədbir keçirildi - FOTO

"Türkşünaslıq" və "Azərbaycan Xalq Cümhuriyyəti" mövzularında tədbir keçirildi - FOTO

Hazırda oxunan: "Türkşünaslıq" və "Azərbaycan Xalq Cümhuriyyəti" mövzularında tədbir keçirildi - FOTO

251743

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində "Türkşünaslıq" və "Azərbaycan Xalq Cümhuriyyəti" mövzularında panel müzakirə keçirilib.

Bizim.Media xəbər verir ki, müzakirə AMEA-nın Tarix və Etnologiya İnstitutunun “Azərbaycan Cümhuriyyəti tarixi” şöbəsinin dosenti Mübariz Ağalarlının moderatorluğu ilə keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Məlahət Hümmətqızının "Məktub yetişdi" kitabı oxucuları sevindirdi – FOTO


Paneldə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri fəlsəfə doktoru Məhəmməd Cəbrayılov çıxış edib. O, azərbaycançılıq, türkçülük məfkurəsindən söz açıb.

Daha sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Faiq Ələkbərli də çıxış edərək bu günün əhəmiyyətindən, Cümhuriyyətin ideyasından danışıb.

Panelin moderatoru Mübariz Ağalarlı Azərbaycan Cümhuriyyətinin qurulmasından, onun quruculuğunda rolu olan görkəmli şəxsiyyətlər, xüsusilə, Məhəmməd Əmin Rəsulzadədən bəhs edib. Onun gənclərə müraciətini və gənclərin bu gün də vətənpərvərlik ideyalarını daşıdığını və İkinci Qarabağ müharibəsində gənclərin bu ideyanı, vətənpərvərlik tərbiyəsini davam etdirdiyini deyib.

Sonra səhnədə Məhəmməd Əmin Rəsulzadənin gənclərə müraciəti səsləndirilib.

Qeyd edək ki, festivalın 5-ci günü Azərbaycan və onun tarixi, ədəbiyyatına həsr olunub. Mayın 24-də start götürən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 1-dək davam edəcək.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.
















Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO