Təvəkkül Goruslunun yeni kitabının imza günü keçirildi - FOTO

Təvəkkül Goruslunun yeni kitabının imza günü keçirildi - FOTO

Hazırda oxunan: Təvəkkül Goruslunun yeni kitabının imza günü keçirildi - FOTO

251735

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl Qələm" mükafatçısı şair Təvəkkül Goruslunun "Damcı izi" kitabının imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, şair "Xaraba kəndim", "Bu sevgi bir əbədiyyət", "Gözlərinə qısılaydım", "Məni misralarda qələm assa da", "Ömrüm, Çiçəyim", "Qisas yağmuru" və "Kağıza şeirimin qanı tökülür" adlı şeirlər kitabının müəllifidir.
 

Bu gün imza günü keçirilən "Damcı izi" kitabı isə şairin səkkizinci kitabıdır.


O, həmçinin, "Araz","Heydər Əliyev 100" media mükafatları laureatıdır və Prezident mükafatına layiq görülüb.

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.





Nəzrin Mirzəyeva, Pərviz Allahverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO