Zöhrə Qaraqızının imza günü – FOTO

Zöhrə Qaraqızının imza günü – FOTO

Hazırda oxunan: Zöhrə Qaraqızının imza günü – FOTO

251627

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Qızıl Qələm mükafatı laureatı, prezident təqaüdçüsü şairə Zöhrə Qaraqızının imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, müəllif "Vətən eşqim" "Sevgi payı", "Əfsanə", "Zəfər yolu", "Könül boğçası", "Mənim nagillı dünyam", "Yolumu gozləyir Kərəm qayası" adlı şeirlər kitabının müəllifidir.
 

MÖVZU İLƏ BAĞLI:

Dilguşə Gülümcanın əsərləri böyük marağa səbəb oldu – FOTO


"Vətən eşqi kitabı ozbəkcəyə tərcümə olunub. Vətənpərvər ruhda yazdığı şeirlərinə görə müxtəlif ədəbi mükafatlara layiq görülüb.

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.




Şəfiqə Şəfa, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO